İELTS Və TOEFL İmtahanlarına Hazırlıq

İELTS Və TOEFL İmtahanlarına Hazırlıq İELTS kursu Upper İntermediate və ya ingilis dili səviyyəsi yüksək olan tələbələr üçün nəzərdə tutulub.
 Bizim IELTS kurslarımız sizi aşağıdakılarla təmin edir:
• İmtahanın əhatə etdiyi əsas sahələrin: qulaqasma, danışıq, oxu və yazı bölmələrinin geniş təcrübəsi
• Lüğəti zənginləşdirən müfəssəl bir proqram
• Yazı bölməsində uğur qazanmaq üçün xüsusi strategiya və lüğət

 Bizim IELTS imtahanlarında qazandığımız geniş təcrübəmiz var. O deməkdir ki biz, istənilən namizədi tam şəkildə dəstəkləyə bilərik. IELTS Əsasları IELTSın Əsasları proqramı IELTSa müvafiq bacarıqları inkişaf etdirmək üçün Intermediate səviyyəli tələbələr üçün hazırlanıb. Proqrama daxildir: • Oxu, yazı, danışıq və qulaqasma bacarıqlarının təkmilləşməsi üçün proqram • İmtahan üçün tələb olunan qrammatikanın tam şəkildə icmalı • Intermediate səviyyədə lüğəti zənginləşdirmək üçün proqram • Yazı bölümündə lazım olan biliklərin: başlıq, ümumi uyğunluq, qrafik və cədvəllərin təsvirini təcrübədən keçirmək Bu proqram tələbələri həm tam hazırlıq kursuna başlamaq, həm də imtahandan keçmək üçün ehtiyac duyulan biliklərlə təmin edir.

TOEFL kursu Upper İntermediate və ya ingilis dili səviyyəsi yüksək olan tələbələr üçün nəzərdə tutulub.

TOEFL hazırlıqlarımız sizi:
  • Bütün sualların izahatı və misalları ilə TOEFL iBT test nümunəsi
  • Qeyd etmə, parafraz, yekunlaşdırma kimi akademik biliklərin təhlili
  • Qulaqasma, danışıq, oxu və yazı kimi dil bacarıqlarının təhlili ilə təmin edir.

Üstəlik biz tələbələrin ən çox çətinlik çəkdiyi sahənin Yazı olduğunu aşkara çıxararaq, testin məhz bu çətin bölümünə xüsusi diqqət verərək dərslərdə çoxlu sayda əlavə sınaqlar keçiririk.

TOEFL Əsasları (TOEFL foundation)

Bir çox tələbələr TOEFL imtahanına yetərincə bacarıqları olmadan qeydiyyatdan keçirlər. Onların imtahana qədər bu bacarıqları inkişaf etdirəcək nisbətən aşağı səviyyəli kurslara ehtiyacları var.

Təklif etdiyimiz Pre-TOEFL kursu, TOEFL iBT testinə müvafiq bacarıqları inkişaf etdirmək üçün Intermediate səviyyəli tələbələr üçün hazırlanıb. Onlara aiddir:

  • Oxu, yazı, qulaqasma və danışıq bölümlərinin köməyi ilə dili təkmilləşdirən tapşırıqlar.
  • Əsl testə bənzər usulda tərtib olunan dil yönümlü praktiki çalışmalar

Bizimlə əlaqə:

Cavab vermək