İş üçün İngilis Dili

İş üçün İngilis Dili

Təklif etdiyimiz Neft və Qaz sənayesi üçün nəzərdə tutulmuş ingilis dili kursları Ümumi Avropa Çərçivəsində qəbul olunmuş A1 - B2 (Beginner - Intermediate) səviyyələrini ardıcıl olaraq əhatə edir.

Bu proqram xüsusilə dil öyrəncilərinin ehtiyaclarını , Neft və Qaz sənayesində çalışan mütəxəssislərin və tələbələrin məqsədlərini qarşılamaq üçün hazırlanıb.

Bu kurs Neft və Qaz sənayesində çalışan hər bir kəsə münasibdir. Xüsusilə:
  • Texniklər və Operatorlar
  • Qazma və kəşfiyyat komandası
  • Mühəndislər
  • HSE mütəxəssisləri
  • Təchizat və satınalma peşəkarlari
  • Sənaye analitikləri
  • Energetika nazirliyinin əməkdaşları
  • Neft sənayesinin tələbələri
Proqram tələbələri lazımi imkanlarla təmin edir:
  • Sənayəyə xas lüğəti və dil strukturlarını öyrənmək.
  • Texniki və ya əməliyyat sahəsində effektli şəkildə qarşılıqlı təsir bacarıqlarını inkişaf etdirmək.
  • Təqdimatlar vermək və danışıqların və biznes görüşlərin aparılmasını təcrübədən keçirmək
  • Ətraf mühit, Sağlamlıq və Təhlükəsizlik, Tədqiqat və Hasilat və s kimi Neft və QAz sənayesinə aid məsələləri müzakirə etmək
  • Səciyyəvi emaillar və texniki məruzələr yazmaq

Biz, həmçinin sizə Neft və Qaz peşəkarları üçün bir həftəlik intensiv kurs təklif edirik.

Bizimlə əlaqə:

Cavab vermək