Yanaşma

Bizim keyfiyyet siyasətimiz 

Biz müştərilərimizin məmnuniyyətini təmin etmək üçün xidmətlərimizi davamlı şəkildə təkmilləşdiririk. Bizim keyifyyət idarəçilik sistemimiz bütün mərhələlərdə qiymətləndirmə, təftiş və yoxlanış prosesləri ilə xidmət keyfiyyətinin təminatına yönəlmişdir. Keyfiyyət siyasətimiz aşağıdakı prinsiplərə əsaslanır.

·         Bizim məqsədimiz çarpaz funksional komandalarda birgə çalışan yüksək ixtisaslı işçilərlmizlə müştəri gözləntilərini qarşılamaqdır.

·         Biz bütün iş proseslərimizdə ISO 9001:2015 standartının tətbiqi ilə keyfiyyət məqsədlərinə nail olunmasını təmin edirik

·         Biz beynəlxalq səviyyədə tanınan nailiyyət standartlarının (Ümumi Avropa Səviyyə Sistem Bazası) tətbiqi ilə tələbələrin də bilik səviyyələrinin artırılmasını təmin edirik

·         Biz biliklərmizi qoruryub saxlayır və hazırkı ən son tədqiqat və tədris metodologiyasının ekspertizasını aparır və digər şirkətlərlə davamlı fikir mübadiləsini həyata keçiririk.

·         Biz daxili və xarici təlim və inkişaf proqramlarımız çərçivəsində təlimçimiz və işçi heyətimizi təkmilləşdiririk.

·         Məqsədimiz Keyfiyyət siyasətimizin təşkiltımızın məqsədləri ilə əlaqələndirmək həmçinin effektiv keyfiyyət idarəçilik tələblərini qarşılamaqdır.

·         Biz işçi heyətimizin məlumatlandığına və bizim Keyfiyyət Siyasətimiz haqqında aydın təsəvvürə malik olmasını təmin edirk.  

Kursların təşkil olunması

Mövcud bacarıqların mühakiməsi

Öyrəncilərin dinləmə,danışıq,oxu və yazı bacarıqlarının və onların qrammatik biliklərinin qiymətləndirilməsi.

Dil öyrənmə ehtiyaclarin təhlili

Tədrisin məqsədlərini,kursun məzmununu və tədrisə uyğun bütün ölçülərin götürülməsini aydınlaşdırmaq üçün öyrənci (və ya öyrəncinin rəhbərliyi) ilə söhbətlər aparılır.

Tədris proqramının qurulması LSD Tədris proqramının quruluşu:
  • aydın şəkildə tədris kursunun məqsədlərini, yəni dil sahəsində tələbələrin əldə etdiyi nəaliyyət və səviyyələrini göstərəcək
  • məqsədlərinə nail olmaq üçün vaxt çərçivəsi təqdim edəcək.
Tədris proqramının təstiqlənməsi

Tələbələr və onların rəhbərləri hazırlıq kurslarına başlamazdan əvvəl tədris proqramının bir nüsxəsilə tanış olurlar və maliyyə işləri aparılmazdan əvvəl razılıq əldə olunur.

Tələbələrin inkişafını necə təyin edirik?

Təhsil-tədris proqramı hər 40 saatdan bir keçirilən test yoxlaması ilə qurulub. Kurslar zamanı tələbələr adətən Ümumi Avropa Cədvəli (CEF) çərçivəsində verilmiş tapşırıqlara əsasən yoxlanılır. Bu tələbələrin danışıq, dinləmə, oxumaq və yazmaq bacarıqlarını öyrənmək üçün ölcü sistemini təqdim edir. 40 saatlıq təlim müddəti ərzində tələbələr aşağıdakı tədbirlərdə iştirak etməlidir.

  • Qısa təqdimatlarda
  • Daimi dəyərləndiriləcək müzakirələrdə
  • Tədris kursunun ortasındakı testdə,
  • Kursun sonunda testdə (testlər adətən yazı,oxu,dinləmə çalışmaları və dialoqlar üzərində qurulur)

Yoxlama metodları kompaniyanın hazırlıq məqsədləri ilə tanış olmaga kömək edir və tələbələrin dil bacarığı Ümumi Avropa Çərçivəsi Standartlarına uygun ölçülür.

Biz tələbələrin inkişafını və davamiyyəti necə yoxlayırıq?

Hər ay mütəmadi olaraq biz müştərilərimizə təlimdə davamiyyət hesabatını tədim edirik. LSD hər 40 saatdan bir tələbənin inkişafı haqqında onun çalışdıgı idarəyə hesabat verəcək. Əgər tələbənin dərsə davamiyyəti və onun dərslərdə özünü göstərməsi qənaətbəxş olmasa,istənilən halda biz sizinlə bu vəziyyəti müzakirə etmək üçün əlaqə saxlayacağıq. İldə iki dəfə biz tam anonim məmnuniyyət sorğusunu keçiririk və nəticələrini müştərilərimizlə paylaşırıq.

Əlavə olaraq kursun sonundakı hesabatda, LSD tədris kursunun bütün aspektləri haqqında sizə məlumat verəcək:

  • Tələbələrin aylıq dərslərdə iştirakı
  • Hər 3 aydan bir bizim tərəfimizdən aparılan yoxlamada tələbələrin inkişafı, onların dərslərdə iştirakı və kontrakda qeyd olunanlar haqqında sizə məlumat verəcəyik

Cavab vermək